Lənkəranda çoxmənzilli binalar əsaslı təmir olunacaq

Lənkəranda çoxmənzilli binalar əsaslı təmir olunacaq
  05 Sentyabr 2017    Oxunub:1052
Prezident İlham Əliyev Lənkəran şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
AzVision.az-ın xəbərinə görə, sərəncama əsasən Lənkəran şəhərində 20 çoxmənzilli binanın dam örtüyünün yenilənməsi və fasad hissəsinin əsaslı təmiri üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Lənkəran Şəhər İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılıb.

AzVision.az


Teqlər: İlham-Əliyev  





Xəbər lenti