Məktəblərlə bağlı yeni qanun layihəsi hazırlanır

Məktəblərlə bağlı yeni qanun layihəsi hazırlanır
  05 Sentyabr 2017    Oxunub:3401
Azərbaycanda orta ümumtəhsil məktəbləri haqqında yeni qanun layihəsi hazırlanır.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli AzVision.az-a bildirib ki, orta ümumtəhsil məktəbi haqqında qanun layihəsini hazırlamaq üçün artıq İşçi Qrupu formalaşdırılır.
“Qanun layihəsi ilə bağlı ilkin işlərə sentyabr ayında start veriləcək. 2009-cu ildə qəbul olunan “Təhsil haqqında” qanunda təhsilin ayrı-ayrı istiqamətləri, o cümlədən orta ümumtəhsil məktəbi haqqında qanunun olması barədə ümumi prinsiplər öz əksini tapıb. Ölkəmizdə orta ümumtəhsil məktəbləri sürətlə inkişaf edir. Bizim ekspertlərimiz artıq tapşırıq alıb, sentyabrda işə başlanılacaq. Düşünürəm ki, 2018-ci ildə qanun layihəsi hazırlanıb, müzakirəyə çıxarılacaq”.

Aytən Zəhra
AzVision.az


Teqlər: Milli-Məclis   Qanun   Layihə   İsa-Həbibbəyli  





Xəbər lenti