Bakıda ata öz oğlunu tutdurdu

Bakıda ata öz oğlunu tutdurdu
  05 Sentyabr 2017    Oxunub:1342
Bakı şəhərində atasının pulunu və qızıllarını oğurlayan oğul tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, avqustun 18-də Xətai rayonu ərazisində yaşayan İntiqam Ələkbərov 36-cı Polis Bölməsinə müraciət edərək həmin gün evindən 2300 manat pulun və 1300 manat dəyərində qızıl əşyalarının oğlu Səxavət tərəfindən oğurlandığını bildirib. Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Səxavət Ələkbərov saxlanılıb. O, hadisəni törətdiyini etiraf edib.

AzVision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti