Cəlilabadda abadlıq-quruculuq işləri davam etdiriləcək
Sərəncamda deyilir ki, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası nəticəsində Cəlilabad rayonunda əsas kapitala yönəldilmiş vəsait 87,0 dəfə, tikinti quraşdırma işlərinin həcmi 90,2 dəfə artıb, bir sıra sosialyönümlü infrastruktur layihələri yerinə yetirilib, o cümlədən Olimpiya İdman Kompleksi, Müalicə-Diaqnostika Mərkəzi, Rayon Mərkəzi Xəstəxanası, Şahmat məktəbi, Gənclər evi, Tarix-Diyarşünaslıq Muzeyi, Bayraq Meydanı, əlil və şəhid ailələri üçün ümumilikdə 52 mənzilli 2 yaşayış binası inşa edilib, təhsil ocaqları və digər obyektlər istifadəyə verilib. Bununla yanaşı, Cəlilabad şəhərinin su təchizatı sistemi yenidən qurulub, iri istehsal və emal müəssisələri yaradılıb, 22 mindən çox iş yeri açılıb, yeni yollar çəkilib, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.
AzVision.az
Teqlər: İlham-Əliyev Prezident Sərəncam Cəlilabad