Sabah hava küləkli olacaq
Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 50-60 % olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25°,Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında sentyabrın 4-də hava şəraiti əsasən yağmursuz, səhər bəzi yerlərdə duman olacaq. Arabir güclənən şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 18-23°, gündüz 32-37° isti, dağlarda gecə 13-18°, gündüz 22-27° isti olacağı gözlənilir.
AzVision.az