Xızıda 701 partlamamış mərmi tapılıb
Ümumiyyətlə, 6 gün ərzində 11 ev, 34 evin həyətyanı sahəsinə, 4 ferma ərazisinə, 3 əkin sahəsinə, 6 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xəttinə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 1 kənd qəbiristanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, balıqçılıq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, taxıl anbarının yaxınlığına yol kənarına baxış keçirilib, 7 776 854 kv. m (777.68 ha) əraziyə yoxlanılıb, 701 ədəd partlamamış hərbi sursat, 372 ədəd partlamış-yanmış sursat qalıqları və 609 kq yandırma aşkar olunaraq götürülüb.
Bununla yanaşı, Xızı rayonunun Giləzi qəsəbəsi, Stalçay və Şurabad kəndləri ərazisində 3 441 nəfər yerli sakin arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.
AzVision.az