Bayram günü Bakıda 2 min nəfər təcili yardım çağırıb
Bunu AzVision.az-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Operativ və hospital işlər üzrə baş həkimin müavini Murad Mirzəzadə deyib.
“Adi vaxtlarda olduğu kimi bu gün təcili yardıma 2 min civarında müraciət daxil olub. Müraciətlər əsasən təzyiq, ürək-damar xəstəlikləri, hamiləlik, həmçinin avtoqəzalarla bağlıdır. Müraciətlərin sayında artım yoxdur, adi rejimində işləyirik”.
Aytən Zəhra
AzVision.az
Teqlər: Təcili-yardım