Azərbaycanın 22 yaşlı "Trend"i
“Trend”in tərkibində Azərbaycan, ingilis, rus, fars,ərəb və türk dillərində xəbər xidmətləri fəaliyyət göstərir. Xidmətlər ölkələrin və regionların xəbərlərini uyğun dil auditoriyasının bu hadisələrə ən böyük diqqəti kontekstində istehsal edir.
Agentliyin tərəfdaşları sırasında "Deutsche Press Agentur" (Almaniya), "Xinhua" (Çin), "Cihan" (Türkiyə), IRNA dövlət agentliyi (İran), "RİA Novosti" (Rusiya), "Deutsche Welle" (Almaniya), "RosBusinessConsulting" (Rusiya), "Afghan Voice Agency" (Əfqanıstan), "Yonhap" (Cənubi Koreya), "Kavkaz-press" (Gürcüstan), "Maghreb Arab Press" Mərakeş Dövlət Agentliyi, BELTA Belarus Teleqraf Agentliyi, "Hovar" (Tacikistan), BTA (Bolqarıstan), "Ukrinform" (Ukrayna), "Kazinform" (Qazaxıstan), "Montsame" (Monqolustan), “Agerpress” (Rumıniya), SANA (Suriya), "Jahon" (Özbəkistan), “Kabar” (Qırğızıstan) və digərləri var.
“Trend”in xəbər və analitik məhsullarının abunəçiləri arasında müxtəlif ölkələrin dövlət və hökumət qurumları, dünyanın böyük kommersiya və maliyyə şirkətləri, aparıcı KİV və analitik mərkəzlər, səfirliklər, banklar və sığorta şirkətləri var.
AzVision.az İnformasiya Agentliyinin kollektivi “Trend”də çalışan həmkarlarını təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayır!
Teqlər: