Xaçmazda “KamAZ” minik avtomobili ilə toqquşub

Xaçmazda “KamAZ” minik avtomobili ilə toqquşub
  01 Sentyabr 2017    Oxunub:3412
Xaçmazda ölümlə nəticələnən qəza baş verib.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Xaçmazın Yergüc kəndində rayon sakinləri Ənvər Abdullayevin idarə etdiyi “VAZ-2106” və Sahib Həsənovun idarə etdiyi “KamAZ” markalı avtomobillər toqquşub.

Nəticədə Ə.Abdullayev xəstəxanaya aparılarkən yolda ölüb. Xaçmaz RPŞ tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər: Xaçmaz   Qəza  





Xəbər lenti