“Təbriz Azərbaycanın döyünən qəlbidir” – Vali (FOTOLAR)

“Təbriz Azərbaycanın döyünən qəlbidir” – Vali (FOTOLAR)
  01 Sentyabr 2017    Oxunub:3099
Azərbaycanlı jurnalistlər Təbrizə səfər çərçivəsində şəhər valisi Rəhim Şöhrətipərlə görüşüblər. Görüşdə AzVision.az-ın Təbrizə ezam olunmuş müxbiri də iştirak edib.
Rəhim Şöhrətipər Təbriz və Bakının təsadüfən bu ada layiq görülmədiyini xatırladıb: "Bizim tariximiz, mədəniyyətimiz və diyarımızın gözəlliyi, xalqımızın qonaqpərvərliyi Təbrizi və Bakını bu ünvana xitab edir"

Təbriz valisi eyni zamanda viza ilə bağlı İran vətəndaşlarının müəyyən çətinliklərlə üzləşdiyini xatırladıb: "Bunun bir səbəbi viza məsələsidir. İran dövləti Azərbaycan Respublikasının vətəndaşlarına vizasız keçməyə izn verir. Lakin iranlılardan viza alınır, Naxçıvana, Bakıya və başqa şəhərlərə gedənlər buna görə müəyyən problemlər yaşayır. Viza özü məhdudlaşdırıcı bir məsələdir".

Vali bu məsələnin tezliklə həll olunacağına ümid etdiyini bildirib.

Rəhim Şöhrətipər çıxışı zamanı Təbrizin bütün azərbaycanlılar üçün əziz olduğunu vurğulayıb: "Təbriz İranda azərbaycanlıların başıdırsa, Azərbaycanında qəlbidir. Bu ürəyin daha da qüvvətlə çırpınmasına çalışmalıyıq. İki dövlət olaraq bizim dilimiz, dinimiz, folklorumuz mədəniyyətimiz hər şeyimizin eynidir. Mən Bakıda tarix muzeyində oldum, elə bildim ki, Təbrizdəki tarix muzeyindəyəm. Bizim ortaq tarixi eksponatlarımızın bir hissəsi sizdə, bir hissəsi isə bizdə saxlanılır.









Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Təbriz   Təbriz2018  





Xəbər lenti