Səfir ŞƏT-in baş katibi ilə görüşüb - Fotolar
Görüş zamanı Azərbaycanın ŞƏT-ə dialoq üzrə tərəfdaş statusu çərçivəsində əməkdaşlığın vəziyyəti və perspektivləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
Dialoq tərəfdaşı statusunun Azərbaycan və təşkilat üçün faydalı olduğunu deyən səfir Əkrəm Zeynallı Azərbaycanın daha da yüksək səviyyədə əməkdaşlıqda əzmli olduğunu və gələcək fəaliyyəti dövründə bu istiqamətdə səylərini əsirgəməyəcəyini vurğulayıb.
Görüşün sonunda səfir Şanxay Əməkdaşlıq Təşkilatının katibliyinə Azərbaycan xalçası hədiyyə edib.
AzVision.az
Teqlər: Azərbaycan ŞƏT