Qurbanlıq heyvanlar bu yerlərdə satılır - Siyahı

Qurbanlıq heyvanlar bu yerlərdə satılır - Siyahı
  01 Sentyabr 2017    Oxunub:2317
Bu gün səhər saat 9:00-dan etibarən Bakı şəhərində Qurban bayramı ilə əlaqədar əhalinin qurbanlıq heyvanlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də, süni qiymət artımının qarşısının alınması məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin İqtisadiyyat Nazirliyi ilə birlikdə təşkil etdiyi qurbanlıq heyvanların satış yarmarkaları fəaliyyətə başlayıb.
Bu barədə AzVision.az-a Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Bu il yarmarkalarda ilk dəfə olaraq Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan DKTİM MMC-lərdə yetişdirilən xırda buynuzlu erkək heyvanlar satışa çıxarılıb.

Qurbanlıq heyvanların satışı Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 26 ( Keşlə bazarının yanı), Xətai rayonu (“Nargilə” kafesinin yanı), Səbail rayonu, Badamdar qəsəbəsi, Seymur Məmmədov küçəsi 8 (parkın yanı) və Yasamal rayonu, Şərifzadə küçəsi 196 (“İdeal” şadlıq sarayının həyəti) ünvanlarında keçirilir.

AzVision.az


Teqlər: Qurban-Bayramı   Yarmarka  





Xəbər lenti