Qəbələdə dağlıq ərazi yanır - Yenilənib

Qəbələdə dağlıq ərazi yanır - Yenilənib
  01 Sentyabr 2017    Oxunub:2695
Qəbələ rayonunun Abrıx kəndində çətin keçilə bilən yüksək dağlıq ərazidə yanğın baş verib.
FHN-dən AzVision.az-a verilən son məlumata görə, yanğınların söndürülməsinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq yanğınsöndürmə qüvvələri, Mülki müdafiə qoşunlarının və Şimal-qərb regional mərkəzinin canlı qüvvəsi hadisə rayonu çatmış və söndürmə işlərinə başlayıb.

***
09:18


Qəbələ rayonunun Abrıx kəndində çətin keçilə bilən yüksək dağlıq ərazidə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) AzVision.az-a verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq yanğınsöndürmə qüvvələri söndürmə işlərinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər: FHN   Qəbələ   Yanğın  





Xəbər lenti