Bayram namazı qılındı

Bayram namazı qılındı
  01 Sentyabr 2017    Oxunub:1758
Qurban bayramı ilə əlaqədar Azərbaycanın məscidlərində bayram namazı qılınıb.
AzVision.az-ın məlumatına görə, bu gün saat 09:00-dan etibarən ölkəmizdəki bütün məscidlərdə, o cümlədən Bakının “Təzəpir” məscidində bayram namazı qılınıb.

Yüz minlərlə insan məscidlərə axışaraq namaz qılıb, dualar edib.

Qeyd edək ki, sentyabrın 1-2-də Azərbaycanda Qurban bayramı qeyd olunur.

AzVision.az


Teqlər: Qurban-Bayramı  





Xəbər lenti