Ötən gün 88 cinayət törədilib

Ötən gün 88 cinayət törədilib
  01 Sentyabr 2017    Oxunub:1026
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 88 cinayət faktı qeydə alınıb, onların da 17-si “isti izlər”lə açılıb.
AzVision.az DİN-in saytına istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 27 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 12 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 17 nəfər tutulub.

AzVision.az


Teqlər: DİN   Polis   Cinayət  





Xəbər lenti