XİN rəhbərləri Bakıya gəlir

XİN rəhbərləri Bakıya gəlir
  31 Avqust 2017    Oxunub:1394
Sentyabrın 6-da Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin altıncı üçtərəfli görüşü keçiriləcək.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, görüşdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov, Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri Mixeil Canelidze və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu iştirak edəcək.

Qeyd edək ki, Azərbaycan-Gürcüstan-Türkiyə formatında xarici işlər nazirləri səviyyəsində birinci üçtərəfli görüş 2012-ci il iyunun 8-də Trabzonda keçirilib. 2013-cı il martın 28-də Batumidə adıçəkilən formatda keçirilən ikinci görüşün yekunlarına əsasən, 2013-2015-ci illər üçün nəzərdə tutulmuş Üçtərəfli Sahəvi Əməkdaşlıq üzrə Fəaliyyət Planı qəbul olunub. 2014-cü il fevralın 19-da Gəncə şəhərində hər üç ölkənin xarici işlər nazirlərinin üçüncü görüşü baş tutub. Bunun ardınca həmin il dekabrın 10-da Qarsda, 2016-cı il fevralın 19-da isə Tbilisidə müvafiq olaraq dördüncü və beşinci üçtərəfli formatda görüşlər keçirilib.

AzVision.az


Teqlər: XİN   Məmmədyarov   Gürcüstan   Türkiyə  





Xəbər lenti