Həbsxanaya narkotik keçirilməsinin qarşısı alınıb

Həbsxanaya narkotik keçirilməsinin qarşısı alınıb
  31 Avqust 2017    Oxunub:1141
Ədliyyə Nazirliyi Penitensiar xidmətin Baş idarəsinin və 6 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, 7 il müddətinə azadlıqdan məhrum edilən məhkum İsmayılov Nicat Fərhad oğlunun yanına qısamüddətli görüşə gəlmiş yeznəsi Bakı şəhər sakini Qasımov Ramin Cümşidoviçin üzərinə baxış keçirilən zaman qolundakı saatın içərisində xüsusi üsulla gizlədilən sellofan bükülüdən çəkisi 0.525 qram olan narkotik maddə - heroin aşkar edilərək götürülüb.

AzVision.az


Teqlər: Həbsxana   Heroin  





Xəbər lenti