Kolleclərə qəbulun nəticələri açıqlandı
Qeyd edək ki, boş qalan 3157 plan yerinin müsabiqəsində iştirak etmək üçün 2374 abituriyent ərizə təqdim edib. Onlardan 1701 abituriyent orta ixtisas təhsili müəssisələrinə qəbul olub.
Qəbul olunan abituriyentlərin siyahısı və müsabiqə nəticəsində formalaşan keçid balları sentyabrın 1-də “Abituriyent” jurnalının xüsusi buraxılışında çap olunacaq.
Qəbul olunanlar sentyabrın 6-dan 13-dək (saat 9:00-dan 17:00-dək) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul olmaq haqqında əmri orta ixtisas təhsil müəssisəsinə göndərilməyəcək.
AzVision.az