Nazirlik 4 min yeni müəllim seçəcək

Nazirlik 4 min yeni müəllim seçəcək
  31 Avqust 2017    Oxunub:1654
Sentyabrın 7-8-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin əlavə yerləşdirmə mərhələsi keçiriləcək.
Təhsil Nazirliyindən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu mərhələdə 4 mindən çox vakansiya elan olunacaq.

Qeyd edək ki, müsabiqədə iştirak edənlərdən 4454 nəfəri müəllim adını qazanıb. Nəticələrindən narazı qalanlar üçün apellyasiya keçiriləcək.

Apellyasiyanın keçiriləcəyi vaxt və yer barədə məlumat namizədin şəxsi səhifəsinə göndəriləcək.

Aytən Zəhra
AzVision.az


Teqlər: Təhsil-Nazirliyi  





Xəbər lenti