3233 nəfər yaşamaq üçün Azərbaycana gəlib
Ötən il ölkəmizə gələnlərin 2829 nəfəri əmək qabiliyyətli şəxslər olub.
Azərbaycandan daimi yaşamaq üçün gedənlərin sayı 1711 nəfər olub. Bu rəqəm 2015-ci illə müqayisədə 154 nəfər çoxdur. Burada da üstünlük MDB ölkələrinə məxsusdur: 1474 nəfər. Azərbaycandan gedən emiqrantların sayına görə isə Latviya və Estoniya sonuncudur (2 nəfər). Ötən il ölkədən gedənlərin 818 nəfəri kişi, 893 nəfərini isə qadın olub. Daimi yaşamaq üçün Azərbaycanı tərk edənlər arasında üstünlük 20-24 yaşlılara (364 nəfər) aid olub. Səksən və yuxarı yaşlı sakinlərdən isə bir nəfər başqa ölkəyə gedib.
Ötən il ölkəni tərk edənlərdən 1577 nəfəri əmək qabiliyyətli şəxslər olub.
AzVision.az
Teqlər: Statistika