XİN: Nalbandyan yalan və bəhanələrə əl atır
Ən əsası odur ki, Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində təsbit olunub. ATƏT Minsk Qrupunun həmsədr ölkələri BMT TŞ-nın daimi üzvləri olaraq bu qətnamələrin qəbul olunmasında birbaşa iştirak ediblər.
Ermənistan xarici işlər nazirinə xatırlatmaq istərdik ki, predmetli danışıqların mahiyyətini bu prinsiplərə və konkret vaxt qrafikinə uyğun olaraq Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması təşkil edir".
XİN rəsmisinin sözlərinə görə, Azərbaycan dəfələrlə bəyan edib ki, münaqişənin tezliklə həlli və qəbuledilməz olan status kvonun dəyişdirilməsi üçün substantiv və ciddi danışıqlara hazırdır.
AzVision.az
Teqlər: XİN Azərbaycan Ermənistan Nalbandyan Hikmət-Hacıyev