Prezident həmkarını təbrik edib

Prezident həmkarını təbrik edib
  30 Avqust 2017    Oxunub:1112
Prezident İlham Əliyev Malayziyanın XV Ali Başçısı Sultan V Məhəmmədə təbrik məktubu göndərib.
AzVision.az-ın məlumatına görə, təbrikdə deyilir:

"Əlahəzrət, Malayziyanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Malayziya arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Malayziya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".

AzVision.az


Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti