Şəhərin mərkəzində 19 ağac yandırılıb

Şəhərin mərkəzində 19 ağac yandırılıb
  30 Avqust 2017    Oxunub:1193
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Nərimanov rayonunun Tofiq Bəhramov adına Respublika stadionunun arxasında ağacların məhv edilməsi ilə bağlı daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Nazirlikdən AzVision.az-a verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı təxminən 600-700 m2 yaşıllıq sahəsində köküstə müxtəlif diametrli və iri gövdəli ümumilikdə 19 ədəd ağacın (16 şam və 3 ayland) yandırılaraq quruma dərəcəsinə qədər zədələndiyi məlum olub.

Faktla bağlı təqsirkar şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması məqsədilə Bakı Şəhər Baş Polis İdarəsinə müraciət olunub.

AzVision.az


Teqlər: ETSN   Ağac  





Xəbər lenti