Avqustun son günü 38 dərəcə isti olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı ehtimalı var.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 23-26°, gündüz 32-37° isti, Bakıda gecə 23-25°, gündüz 34-36° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı - 757 mm civə sütunu, nisbi rütubət gecə 65-70, gündüz 45-50 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°,Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz olacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 20-25°, gündüz 33-38° isti, dağlarda gecə 13-18°, gündüz 25-30° isti olacağı gözlənilir.
AzVision.az