Ermənistan və Gürcüstan Kürü zəhərləyir
Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.
Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı - 2 məntəqəsində 4.4, Ağstafaçayda 4.2, Ağstafaçay su anbarında isə 2 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.
İyul ayının III ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə 1.8, I Şahsevəndə 2, Bəhramtəpədə isə 2.4 dəfə YVQH-ni ötüb.
Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib. Suyun oksigen rejimi bütün məntəqələrdə 6-7.05 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.
AzVision.az
Teqlər: Kür Ermənistan