FHN batan 3 nəfəri xilas etdi

FHN batan 3 nəfəri xilas etdi
  02 Avqust 2017    Oxunub:933
Bakıda və Şirvanda batmaq təhlükəsi ilə üzləşən 3 nəfər xilas edilib
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə, Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin dənizdə çimərkən batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar.

Analoji hadisə Şirvan şəhərində qeydə alınıb. 2 nəfər çayda çimərkən batma təhlükəsi ilə üzləşməsi barədə FHN-ə məlumat daxil olub. Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıblar.

AzVision.az


Teqlər: FHN   dəniz  





Xəbər lenti