Müdafiə Nazirliyindən
AzVision.az-a verilən məlumata görə, müsabiqənin bu epizodunda Rusiya Hərbi Dəniz Donanmasının “Qrad Sviyajsk” kiçik raket gəmisi birinci, Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin (HDQ) “Sarıarka” raket-artilleriya gəmisi ikinci, Azərbaycan HDQ-nin “G-124” gözətçi gəmisi üçüncü və İran HDQ-nin “Cövşən” raket kateri sonuncu olaraq artilleriya atışları üzrə tapşırıqları icra edəcəklər.
Avqustun 4-dək davam edəcək birinci mərhələdə hərbi gəmilərin ekipajları hava hədəf və nişanlarının, eləcə də üzən minaları təqlid edən hədəflərin məhv edilməsi üzrə yarışacaqlar.
AzVision.az