Ramil Usubov amerikalı diplomatı qəbul edib
Daxili işlər orqanlarının fəaliyyətinin beynəlxalq norma və standartlara uyğun təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının önə çəkildiyi yeni normativ hüquqi bazanın yaradılması, bu işdə xarici ekspertlərin yaxından iştirakı və digər sahələrdə görülən işlər də diqqətə çatdırılıb.
Qəbula və ətraflı məlumata görə daxili işlər nazirinə minnətdarlıq edən Cavan Mesnard Azərbaycanda ilk dəfə olduğunu, səfəri çərçivəsində Bakı və regionlar ilə tanışlığının, ölkəmizin ecazkar təbiətinin, sürətli iqtisadi inkişafının, hər yerdə insanların dostluq və qonaqpərvərlik nümayiş etdirməsinin onda dərin təəssüratlar yaratdığını bildirib.
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə edilib.
AzVision.az
Teqlər: Ramil-Usubov DİN