AŞPA-nın həmməruzəçiləri prezidentin qəbulunda - Yenilənib

AŞPA-nın həmməruzəçiləri prezidentin qəbulunda -
 Yenilənib
  13 İyun 2017    Oxunub:1383
Azərbaycan prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Predanı və Stefan Şennakı qəbul edib.
AŞ PA Monitorinq Komitəsinin həmməruzəçiləri səfər çərçivəsində Bakıda keçirəcəkləri görüşlər barədə dövlətimizin başçısına məlumat veriblər.

Görüşdə Azərbaycan ilə Avropa Şurası Parlament Assambleyası arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər müzakirə olunub, əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər: İlham-Əliyev   AŞPA  





Xəbər lenti