Neftimizin qiyməti artıb

Neftimizin qiyməti artıb
  13 İyun 2017    Oxunub:1238
Dünya birjalarında neftin bahalaşması davam edir.
AzVision.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,18 dollar və ya 0,39% artaraq 46,26 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,21 dollar və ya 0,43% artaraq 48,50 dollar olub.

"AzeriLight" markalı neftin 1 barelinin dəyəri 0,49 dollar və ya 1,01% artaraq 49,03 dollar təşkil edib.

AzVision.az


Teqlər: neft  





Xəbər lenti