AzVision.az xəbər verir ki, bunu Fransanın Azərbaycandakı səfiri Aurelia Buşez deyib. Onun sözlərinə görə, 2016-2017-ci illərdə UFAZda 141 nəfər təhsil alıb ki, onlardan 120-i dövlət, 23-ü iaə ödənişli əsaslarla təhsil alıb: “Bu tələbələr TQDK imtahanlarından 500-700 bal yığıb. Bu universitetdə Fransaya nisbətən daha çox qız mühəndis ixtisasında təhsil alır. İl ərzində bir neçə dövlət rəsmisi UFAZ-da olub. Səfərlərin hər birində dövlət rəamiləri ilə tələbələr arasında mətbuat konfransı keçirilmiş, tələbələrlə fikir mübadiləsi aparılmışdı. Qeyd edim ki, UFAZ-ın tələbələri səfirliyin keçirdiyi bir sıra tədbirlər aktiv şəkildə iştirak edirlər. 2017-2018-ci akademik ili üçün qəbul planı 160 yerdən ibarətdir ki, onlardan 120-i dövlət sifarişli, 40 nəfəri isə ödənişli əsaslarla təhsil alacaq. Təhsil haqqının dəyəri 3000 AZN-dir”
Səfir əlavə edib ki, bir qrup tələbə Fransanın Strasburq şəhərinə göndəriləcək və onlar fransız dili və mədəniyyəti ilə tanış olmaq şansını əldə edəcəklər: “Bundan əlavə, UFAZ fondu da yaraqılacaq ki, burda da əsas məqsəd Azərbaycan, Fransız və beynəlxalq şirkətlərlərin cəlb olunması və Kimya sahəsində bir sıra elmi nailiyyətlərə nail olmaqdır. 2017-2018-ci il tədris ili UFAZ-ın yeni binasında keçiriləcək. Bina şəhərin mərkəzində yerləşir və sentyabr ayında açılacaq”.
Eldar Tanrıverdiyev
AzVision.az