Akif Əlizadə alimləri danladı: “70 ildir eyni işlə məşğuldurlar”

  24 May 2017    Oxunub : 9587
Akif Əlizadə alimləri danladı: “70 ildir eyni işlə məşğuldurlar”
"Bu gün televiziya və mətbuat tam Azərbaycan dilinin səlisliyinə, qorunmasına cavab vermir"
AzVision.az xəbər verir ki, bunu AMEA-nın prezidenti Akif Əlizadə deyib. Onun sözlərinə görə, dilçilik sahəsində problemlərin aradan qaldırılması üçün alimlər iş aparmalıdır.

"Biliklər üzərində qurulmuş iqtisadiyyat inkişafın əsasını təşkil edir. Bu biliklər yeni texnologiyalar yaratmaq imkanı verir. İnnovativ yol seçilib və biz də Akademiya olaraq bu yolda inkişafımızı görürük. Akademiyanın prioritetləri sırasında öncül istiqamətlər fizika və biologiya qalmaqdadır. Fizika texnika riyaziyyat bölməsinə bir az iradlarım var. Meqa proyektlər bölməsində fiziklər iştirak edir. Fizika elmlər bölgəsinə tövsiyyə olunur ki, bu istiqamətdə işlərini möhkəm təməl üzərində qura bilsinlər. Nüvə fizikası istiqaməti inkişaf etdirilməlidir. Bunu bugünkü prioritet istiqamət kimi qəbul edirik”.

A.Əlizadə bildirib ki, Akademiyada alternativ enerji istiqamətində də işlər aparılır. “Fizika-riyaziyyat bölməsinə tövsiyyə edirəm ki, burada aparıcı mərkəz kimi çıxış etsinlər. Yüksək texnologiyalar parkında heç bir bölmənin iştirakını görmürük. Park yaranıb və belə davam etsə, sönəcək. Riyaziyyat bölməsində iradım var ki, 70 ildir riyaziyyatçılar diferensial tənliklə məşğuldurlar. Riyazi modernləşdirməni genişləndirmək lazımdır. Bununla bağlı Misir müəllimlə (Misir Mərdanov) danışmışıq. Xəzər dənizi alimlərin diqqətindən kənar qalıb. Xəzər dənizinin özünün və atmosferində riyazi modernin yaradılması böyük elmin yaradılmasına gətirib çıxardacaq. Burada kadr problemi qeyd edilirsə, yeni kadrlar yaradılmalıdır. Kimyaçılar kimyəvi proseslər, farmokoloji proseslərdə aktiv olmalıdır. Bundan əlavə Azərbaycanda iki böyük dərman zavodu yaradılır. Akademiya yenə də kənarda qalır, mütləq kimyaçılar bioloqlar botaniklər bura nəzərlərini yetirilməlidir. Yer elmləri yer qatının dərinliklərində olan neftlə məşğul olmalıdırlar".

A.Əlizadə qeyd edib ki, Azərbaycan alimləri geridə qalmış təbəqə kimi nə Avropa qrandları, nə xüsusi qrandlarda, nə də başqa qrandlarda iştirak edir: "Biz məlumat alırıq ki, nə üçün Avropa, dünya qrandlarına Azərbaycan müraciət etmir? Tələb edirəm ki, qrand probleminə xüsusi diqqət yetirilməlidir. Akamdemiyanın qarşısında vacib məsələlər durur və onların öhdəsindən gəlməliyik".

Aytən Zəhra
AzVision.az

Teqlər: AMEA   Akif-Əlizadə