Azərbaycanlı alim Şuşa haqda kitab yazdı

  05 May 2017    Oxunub : 2556
Azərbaycanlı alim Şuşa haqda kitab yazdı
Tarixçi alim Zaur Əliyevin Şuşa haqqında kitabı çapdan çıxıb.
Azərbaycan, Rus, İngilis, Alman və Fransız dillərində dərc edilən kitabda Şuşanın tarixi geniş şəkildə arxiv sənədləri və alimlərin əsərlərinə istinadən tədqiq edilib. Şuşa adının mənası, ərazidə yaşayan qədim xalqlar, Şuşa şəhəri qədim dövrdə, İslam dinin yayılandan sonra, Atəbəylər, Səfəvilər, Əfşarlar, Cümhuriyyət, Sovet tərkibində və müasir respublika illərində inkişaf tarixi kitabda qeyd edilib. Şuşa şəhərinin salınması, o dövrdə baş verən proseslər də kitabda geniş araşdırılıb.

Şuşa məhəlləri, Qarabağ müharibəsi zamanı dəyən zərər, itkilər də kitabda öz əksin tapıb. Kitabın sonunda dağıdılan Şuşa səhərinin abidələrinin siyahısı verilib.

Qeyd edək ki, bu, tarixçi alimin 12-ci kitabıdır.

Teqlər: #Şuşa   #Kitab   #Zaur-Əliyev