Qəbul imtahanında 3 abituriyent 700 bal topladı

Qəbul imtahanında 3 abituriyent 700 bal topladı
  04 May 2017    Oxunub:4056
Dövlət İmtahan Mərkəzinin (DİM) aprelin 30-da II və III ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanında iştirak edən abituriyentlərdən 17 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
DİM-dən AzVision.az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün sənəd vermiş 35 433 abituriyentdən 706 nəfəri imtahanda iştirak etməyib.

Bildirilib ki, imtahanda II ixtisas qrupu üzrə 2 abituriyent (Ağcabədi şəhəri, 3 saylı məktəb-lisey və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunları) , III ixtisas qrupu üzrə isə 1 abituriyent (Bakı şəhəri, Zərifə Əliyeva adına liseyin məzunu) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə - 700 bal toplayıb.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi aprelin 30-da ali təhsil müəssisələrinə II və III ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini elan edib.

İmtahanda iştirak etmiş abituriyentlər DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və “cavab kartı”nın qrafik təsviri ilə tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin Azercell mobil nömrələrindən “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

AzVision.az


Teqlər: DİM   İmtahan  





Xəbər lenti