Fəttah Heydərov prezidentə təşəkkür etdi

Fəttah Heydərov prezidentə təşəkkür etdi
  26 Fevral 2013    Oxunub:2086
Millət vəkili, Azərbaycan Ağsaqqalları Şurasının sədri Fəttah Heydərov prezident İlham Əliyevə məktub yazıb.
Prezidentin rəsmi saytında yer alan məlumata görə, bir neçə gün öncə “Şərəf” ordeni ilə təltif edilən F.Heydərov ölkə başçısına təşəkkürünü bildirib.

“Sadə və mütəvaze fəaliyyətimə verdiyiniz çox böyük və dəyərli qiymətə - məni “Şərəf” ordeni ilə təltif etdiyinizə görə, Sizə səmimi qəlbdən təşəkkür edir, Sizə uzun ömür, cansağlığı, ulu öndər Heydər Əliyevin yaratdığı və əmanət qoyduğu müstəqil Azərbaycanımızın əbədiliyi, daimiliyi, dönməzliyi naminə yorulmaz fəaliyyətinizdə bol-bol uğurlar arzulayıram. Allah Sizi qorusun!”-deyə məktubda bildirilir.


Teqlər:  





Xəbər lenti