Fəzail Ağamalı Zahid Orucdan danışmaq istəmədi

Fəzail Ağamalı Zahid Orucdan danışmaq istəmədi
  15 Avqust 2013    Oxunub:1211
“Mən bu məsələni şərh etmək istəmirəm”

Bunu AzVision.az-a açıqlamasında Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı deyib.

F. Ağamalı bildirib ki, partiya artıq öz sözünü deyib : “Biz məsələni bitmiş hesab edirik, partiyanın mətbuat xidməti də mətbuata açıqlama verib”.

Qeyd edək ki, Ana Vətən Partiyasının (AVP) bu gün keçirilən iclasında AVP Ali Məclisin üzvü Zahid Orucun prezident seçkilərində iştirakı ilə bağlı məsələ müzakirə olunub. Zahid Oruc Ana Vətən Partiyasından çıxarılıb.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti