Prezident Şəkidə yolun açılışını edib

Prezident Şəkidə yolun açılışını edib
  15 Avqust 2013    Oxunub:1111
Prezident İlham Əliyev bu gün Şəkidə Aşağı Küngüt-Aydınbulaq avtomobil yolunun açılışında da iştirak edib.
Dövlət başçısı Aşağı Küngüt-Aydınbulaq avtomobil yolunun bərpadan əvvəlki və sonrakı görüntülərini, eləcə də Fazıl kəndində yerləşən və eramızdan əvvəl I minilliyə aid qədim yaşayış məskənini əks etdirən stendlərə baxıb.

Azərbaycan Prezidentinə yolun texniki-iqtisadi göstəriciləri barədə məlumat verildi. Bildirildi ki, ümumi uzunluğu 30 kilometr, hərəkət hissəsinin eni 6 metr olan avtomobil yolunun yenidən qurulmasına 2012-ci ilin dekabrında başlanmışdır. Prezident İlham Əliyevin ölkəmizin avtomobil yollarının yenidən qurulması ilə bağlı verdiyi tapşırıqlar əsasında inşa olunan bu yolun mühüm əhəmiyyəti var. Çünki bu yol həm də bır sıra rayonlararası magistral avtomobil yollarına birləşir. Səkkiz min əhalinin yaşadığı 8 məntəqəni əhatə edən yol yük və sərnişin avtomobillərinin rahat hərəkətini təmin edəcəkdir. Dünya standartları səviyyəsində tikilən yolun üzərində eni 8 metr, uzunluğu 10 metr olan körpü də inşa edib.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib. Dövlətimizin başçısı görülən işləri yüksək qiymətləndirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti