Zahid Oruc:`Yeni partiya yaradacağam`

Zahid Oruc:`Yeni partiya yaradacağam`
  14 Avqust 2013    Oxunub:1229
Prezidentliyə namizədliyini verən millət vəkili Zahid Oruc üzv olduğu Ana Vətən Partiyasının sədr müavinliyindən çıxarılmasına münasibət bildirib. Deputat AzVision.az-a açıqlamasında seçkilərə hazırlaşdığını və belə bir qərara əvvəlcədən hazır olduğunu deyib.
-Elə hesab edirəm ki, əslində mənim müstəqil olaraq namizədliyimin irəli sürülməsi fonunda başqa fikirlərə o qədər yer olmamalı idi. Amma onu da təbii sayıram ki, əgər bir təşkilat konkret namizəd üzərində durubsa, ikinci bir şəxsin özünü irəliyə sürməsi o cür də mövqelər doğuracağı bəlli idi. Bunları anlayışla qarşılayıram. İstənilən halda hər hansısa bir addımlar atılacağı təqdirdə ona sərt və qəzəbli münasibətim olmayacaq. Amma düşünürəm ki, bu məsələlərə daha geniş rakursdan yanaşmaq lazımdır. Dediyim kimi, siyasət irəliyə baxmağı tələb edir. O cəhətdən bizim üçün önəmlisi hər hansısa partiyanın nizamnaməsi deyil, mülki maraqlarını düşünməkdir. Hər halda burada fərqli bir formalar seçə bilərdik.

Onsuz da mən partiya nümayəndələrindən dəstək gözləmirəm və onları dayaq kimi seçməmişəm. Mənim namizədliyimi verməklə onların qərarları ikiləşmir, fərdləri parçalanmır. Buyursunlar öz mövqelərində qəti addımlar atsınlar.

Partiyadan çıxarılacağım haqqında düşünmürəm. Hesab edirəm ki, bu məsələni tənzimləməyin başqa yolları var. Amma istənilən qərara hazıram. Yeri gəlsə, iki aylıq müddətdə fəaliyyətimi partiya xəttində dayandıra da bilərəm. Mənim addımım o demək deyil ki, partiyada üsyan etmişəm. Əgər xüsusi bir narahatlıq varsa, mən Ana Vətən Partiyasında fəaliyyətimi dayandıraraq millət vəkili və vətəndaş kimi öz düşüncələrimi meydana çıxarmaq üçün yeni partiya yaradıb bunları reallaşdırmağa çalışacam . Bu cəhətdən heç kim narahat olmasın.

Şəhanə Rəhimli


Teqlər:  





Xəbər lenti