Abşeronda 21 yaşlı qız özünü asıb

Abşeronda 21 yaşlı qız özünü asıb
  14 Avqust 2013    Oxunub:1123
Abşeronda intihar hadisəsi qeydə alınıb.
Rayon prokurorluğundan AzVision.az-a verilən məlumata görə, dünən axşam 19:30 radələrində 1992-ci il təvəllüdlü İbadova (Xəlilova) Sevinc Ramiz qızı yaşadığı fərdi yaşayış evinin həyətində, tut ağacının budağından, yaşıl rəngli sintetik iplə özünü asaraq intihar edib.

Məlumatla bağlı dərhal hadisə yerinə baxış keçirilib, fotoşəkilləri çəkilib, meyit tibi ekspertizaya göndərilib.

Faktla bağlı prokurorluqda araşdırma aparılır.

AzVision.az



Teqlər:  





Xəbər lenti