`Avropa Birliyi Cənubi Qafqazda sülhə maraqlıdır`

`Avropa Birliyi Cənubi Qafqazda sülhə maraqlıdır`
  14 Avqust 2013    Oxunub:1021
Avropa İttifaqı (Aİ) Cənubi Qafqazda mövcud olan münaqişələrin sülh yolu ilə həll edilməsinin vacibliyini vurğulayır və münaqişə tərəflərini bu istiqamətdə öhdəliklərini yerinə yetirməyə çağırır.
AzVision.az xəbər verir ki, bu barədə trend-ə müsahibəsində Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun sözçüsü Maya Koçiyançiç deyib.

Koçiyançiç həmçinin vurğulayıb ki, Aİ ilə Cənubi Qafqaz ölkələri arasında əlaqələrin gücləndirilməsi regionda münaqişələrin həlli edilməsi səylərinə Aİ-nin dəstək verməsi üçün yeni imkanlar açır. Koçiyançiç Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin də bu istiqamətdə mühüm rol oynamaqda davam edəcəyini qeyd edib.

Dağlıq Qarabağ münaqişəsinə gəlincə isə Ketrin Eştonun sözçüsü Aİ-nin ATƏT-in Minsk qrupunun vasitəçilik səylərini, eyni zamanda Minsk qrupuna həmsədrlik edən ölkələrin prezidentlərinin Helsinki prinsiplərinə, xüsusilə də güc tətbiq etməməyə, güc təhlükəsinin olmamasına, ərazi bütövlüyünə, bərabər hüquqlara və xalqların öz müqəddəratını təyin etməsi prinsiplərinə qayıtmağa çağıran bəyanatını dəstəklədiyini qeyd edib.

Koçiyançiç həmçinin vurğulayıb ki, Aİ regionda gərginliyin artmasına və münaqişənin qızışmasına gətirib çıxara biləcək istənilən fəaliyyətdən qaçmağa çağıran bəyanatları dəstəkləyir: "Aİ Minsk qrupunun prinsiplərinə uyğun olaraq sülhün təmin edilməsinə yönəlik addımları daha da intensivləşdirmək məqsədilə etimad yaradılması tədbirlərinin həyata keçirilməsi üçün daha geniş dəstək göstərməyə hazırdır".


Teqlər:





Xəbər lenti