Fazil Mustafa namizədlikdən imtina etdi

Fazil Mustafa namizədlikdən imtina etdi
  13 Avqust 2013    Oxunub:1082
Millət vəkili Fazil Mustafa prezident seçkilərində iştirak etməyəcək. AzVision.az-ın məlumatına görə, bu barədə deputat facebook profilində bildirib.
`Builki Prezident seçkilərində iştirakla bağlı Böyük Quruluş Partiyası Ali Məclisinin qərarı vardı. Namizədliyimiz irəli sürülüb-sürülməyəcəyi ilə bağlı cəmiyyətdən vaxtaşırı suallar da ünvanlanırdı. Partiya rəhbərliyində ciddi müzakirələrdən sonra namizədliyimi irəli sürməmək barədə qərara gəldim. Partiya üzvlərimiz seçkidə qeydiyyatdan keçmiş namizədlərdən hər hansı birini dəstəkləməkdə sərbəst olacaqlar`.

Şahanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti