MTN-nin tapdığı silahlar Milli Şuranın imiş

MTN-nin tapdığı silahlar Milli Şuranın imiş
  13 Avqust 2013    Oxunub:3394
Bir müddət öncə xəbər verildiyi kimi, Milli Təhlükəsizlik Nazirliyi sabiq xarici iqtisadi əlaqələr naziri Nicat Quliyevin Novxanıdakı bağ evindən bütöv bir cəbhəxana tapılıb. Qeyd edək ki, Nicat Quliyev 1993-95-ci illərdə xarici iqtisadi əlaqələr naziri vəzifəsini müvəqqəti icra edib, sonra Acarıstana gedib və 2004-cü ilədək orada prezident Aslan Abaşidzenin müşaviri vəzifəsində çalışıb.

Aslan Abaşidze Kremlin Gürcüstandakı sonuncu dayağı olub və o zaman yeni seçilən prezident Saakaşviliyə ciddi müqavimət göstərib. Nicat Quliyevin “Qafqaz pələngi” ilə (Moskvada Abaşidzeni belə çağırırdılar) yaxınlığı onun Rusaiya siyasi dairələri ilə sıx əlaqədə olmasıyla bağlıdır. Abaşidze istefa verib Gürcüstandan qaçdıqdan sonra Quliyev də dərhal Acarıstanı tərk etməyə məcbur olub və Azərbaycana qayıdıb.

Bu dəfə isə eks-nazirin adı 2005-ci ildə siyasi hadisələrin ən qızğın dövründə, Bakıdakı narıncı inqilab zamanı hallanır. Quliyev Qərbin Azərbaycandakı əsas dayaqlarından olan o zamanki iqtisadi inkişaf naziri Fərhad Əliyevlə yaxınlaşır və öz qəzetlərini nəşr etdirməyə başlayır. Bir qədər sonra, elə 2005-ci ilin oktyabrında MTN sabiq nazirə qarşı dövlət çevrilişinə cəhdə iştirak etməsi maddəsilə ittiham irəli sürsə də, sonradan onun haqqındakı həbs-qəti imkan tədbiri dəyişdirilir.

Nicat Quliyev son illərə qədər Türkiyədə yaşayıb. Maraqlıdır ki, o Azərbaycana Milli Şura yarandıqdan dərhal sonra qayıdıb və Şura aparatının rəhbəri Eldar Namazovla yaxın əlaqədə işləməyə başlayır. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə, MTN sabiq naziri çox ciddi və operativ əməliyyat məlumatlar əsasında saxlanılıb. Bu məlumatlara əsasən, Nicat Quliyev Milli Şuranın hərbi qanadının yaradılması işinə başlayıbmış. Bəs görəsən. Milli Şuranın hərbi qanadı hansı məqsədlə yaradılıb və onların planları nə olub?

Etibarlı mənbədən verilən məlumata görə, hüquq-mühafizə orqanları hazırda bu məsələni aydınlaşdırmağa çalışır. Ancaq Nicat Quliyevin bağ evində aparılan axtarışlar nəticəsində əsasən söyləmək olar ki, Milli Şuranın hərbi qanadının planları olduqca böyük olub. Belə ki, eks- nazirin bağ evində 10 ədəd “Kalaşnikov avtomatı, 6 döyüş qumbarası, xeyli sayda hərbi-sursat və güllə aşkarlanıb.

Mövzuya qayıdacağıq.


Teqlər:  





Xəbər lenti