Abbas Abbasova təzyiqlər başladı - FOTO

Abbas Abbasova təzyiqlər başladı - FOTO
  12 Avqust 2013    Oxunub:1127
Rusiyada Abbas Abbasovun fəaliyyətinin yoxlanılmasına başlayıb.
AzVision.az haqqin.az-a istinadən xəbər verir ki, Rusiyanın Ədliyyə nazirliyi bloger Aleksandr Fomenkovun Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqı - “Milyarderlər İttifaqı” haqqında sorğusuna cavab göndərib.

Ədliyyə nazirliyinin müvafiq cavab məktubunda qeyd olunub ki, İttifaqın rəhbəri, Azərbaycan vətəndaşı Abbas Abbasov Rusiya Federasiyası ərazisində qanuni əsaslarla yaşayır. Ancaq nazirlik Rusiya Azərbaycalılarının Federal Milli Mədəni Muxtariyyatının (AzərRos) fəaliyyətinin araşdırılmasına davam edəcək.

“Abbas Abbasovun Azərbaycandakı fəaliyyəti nəzərə alınacaq”, - deyə Rusiya Ədliyyə nazirliyinin qeyri-kommersiya təşkilatlarıyla iş üzrə departamentinin rəhbəri M.X.Quseyevin rəsmi cavab məktubunda deyilir.




Teqlər:  





Xəbər lenti