`Yanğın zamanı bina boş olub`- Açıqlama

`Yanğın zamanı bina boş olub`- Açıqlama
  12 Avqust 2013    Oxunub:1318
BDU-nun mətbuat xidməti bu gün Qubada universitetə məxsus düşərgə binasının yanaraq kül olması ilə bağlı açıqlama yayıb.
BDU-nun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, bu günlərdə Quba rayonunun II Nügədi kəndində Bakı Dövlət Universitetinə məxsus 500 nəfərlik Quba Tədris-Təcrübə və İstirahət bazasının açılışı nəzərdə tutulur.


Artıq binada son tamamlama işləri aparılır və yaxın günlərdə universitet kollektivinin istifadəsinə veriləcək.
Quba-Tədris-Təcrübə Bazasının təxminən 600 metrlik məsafəsində Bazanın taxta konstruksiyadan ibarət köhnə binası olub. Həmin binada əvvəllər məcburi köçkünlər məskunlaşıb:

“Onların 4 ay bundan əvvəl başqa əraziyə köçürülməsindən sonra bina boş və istifadəyə yararsız qəza vəziyyətində idi. Yanğın baş verən binanın bir hissəsində söküntü işləri aparılmış, tam şəkildə söküntüsü isə bu günlərdə başa çatdırılmalı idi. Binada baş verən yanğına səbəb uzun müddətdir ki, elektrik naqillərinin istifadəyə yararsızlığı ehtimal olunur. BDU-nun rektoru, akademik Abel Məhərrəmov hadisə yerində olub. Faktla bağlı araşdırma aparılır” .

AzVision.az


Teqlər:  





Xəbər lenti