Prezidentlər Bakıya gələcək

Prezidentlər Bakıya gələcək
  12 Avqust 2013    Oxunub:1026
Türkiyə, Qırğızıstan və Qazaxıstan prezidentləri Bakıya gələcək.
Türkiyə prezidenti Abdullah Gülün avqustun 14-də, Qırğızıstan prezidenti Almazbek Atambayevin avqustun 15-də, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin isə avqustun 16-da Azərbaycana gəlməsi gözlənilir.

Türkdilli dövlət başçıları Qəbələdə keçiriləcək zirvə toplantısına qatılmaq üçün Azərbaycana gələcək.

Azvision.az İnterfaksa istinadən xəbər verir ki, Qazaxıstan prezidentinin Bakıya gəlməsini Qazaxıstan prezidenti yanında Mərkəzi Kommunikasiyalar Xidmətinin əməkdaşı Bolat Sadıkov deyib. O, ilk sammitin 2011-ci ildə Qazaxıstan prezidentinin təşəbbüsü ilə Almatı şəhərində keçirildiyini və iqtisadi əməkdaşlıq məsələlərinə həsr olunduğunu xatırladıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti