35 dərəcə isti olacaq

35 dərəcə isti olacaq
  12 Avqust 2013    Oxunub:1090
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, avqustun 13-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.

Havanın temperaturu gecə 19-23, gündüz 30-35 dərəcə isti olacaq.

Rayonlarda avqustun 13-də hava əsasən yağmursuz keçəcək. Lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu Mərkəzi Aran rayonlarında gecə 18-23, gündüz 34-36, dağlarda gecə 9-14, gündüz 20-25 dərəcə isti olacaq.

Yaxın 3 gün ərzində Abşeron yarımadasında nisbətən sabit hava şəraiti meteohəssas insanlar üçün əlverişlidir.


AzVision.az


Teqlər:  





Xəbər lenti