Avropa voleybol liderləri Bakıya gəlir

Avropa voleybol liderləri Bakıya gəlir
  09 Avqust 2013    Oxunub:1001
4-15 avqust 2013-cü il tarixlərində ölkəmizdə çimərlik voleybolu üzrə “Azərbaycan Çempionat”ı keçiriləcək.

Azərbaycan Voleybol Federasiyasından AzVision.az-a verilən məlumata görə, qadınlar və kişilər arasında keçirələcək çempionat Pirşağı qəsəbəsinin “Həyat” istirahət mərkəzində baş tutacaq. Azərbaycan Voleybol Federasiyasına bu yarışın yüksək səviyyədə keçirilməsi üçün maddi dəstəyi “Head & shoulders” , “always”, “Milla” və “İnar travel” göstərir. Qalib gələn komandalara sponsorlar tərəfindən qiymətli hədiyyələr və pul mükafatı təqdim olunacaq.

Yarışlar hər gün səhər 11:00 da başlayacaq. Yarışı izləmək isdəyən voleybol azarkeşləri 14-15 avqust tarixlərində 09:00 da “Gənclik” metro stansiyasının qarşısından Azərbaycan Voleybol Federasiyasnın avtobusu aparacaq.

Çimərlik voleybolu üzrə “Azərbaycan Çempionatı”nın keçirildiyi tarixdə Avropa Voleybol Konfederasiyasının prezidenti ölkəmizə səfərə gələcək. AVK-nin prezidenti Andre Meyer paytaxta avqustun 14-də AVK-nın vitse - prezidenti Yan Xroneklə birlikdə təşrif buyuracaq. Onlar çimərlik voleybolu üzrə ölkə çempionatını ziyarət edəcklər. Eyni zaman Azərbaycan Voleybol Federasiyası, Milli Olimpiya Komitəsi və Gənclər, İdman Nazirliyiylə Avropa Oyunları - 2015-ə dair bir sıra mühüm suallar da müzakirə olunacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti