Xanım deputatlar saçyolduya çıxdılar - FOTO+VİDEO
Millət vəkillərinin çağrışlarına baxmayaraq, xanım deputat kürsüdən enməyib. Vəziyyətin gərginləşdiyini görən vitse-spiker Bahçekapılı əvvəlcə iclasa 10 dəqiqə, daha sonra isə 45 dəqiqə ara verib. Amma Nazliaka konstitusiya dəyişikliyinə etirazını davam etdirib.
Həmçinin deputata HDP və CHP-lə millət vəkillərdən də dəstək gəlib. AKP-lı vəkillər isə Nazliakanı kürsüdən enməyə çağırıb. Kürsüdən enmədiyi üçün qadınlar onun ətrafına toplaşıb.Deputatlar Aylin Nazliakanı kürsüdən etdirmək istəyəndə, o qışqırmağa başlayıb. Buna baxmayaraq xanım millət vəkilləri onu kürsüdən endirməyə cəhd göstəriblər.
Uzun müddət davam edən mübahisə sonda dava ilə nəticələnib. Millət vəkilləri bir-birlərinin saçını yolublar. Qadın deputatlar əvvəlcə miqrafonu kürsüdən ayırıb. Daha sonra isə Nazliakanı mikrafonla birlikdə kürsüdən uzaqlaşdırıblar. Dava zamanı iki xanım deputat xəsarət alıb.
AzVision.az