Qiymətli kağızlar vergidən azad olundu

Qiymətli kağızlar vergidən azad olundu
  16 Sentyabr 2016    Oxunub:1351
Maliyyə bazarlarını inkişafı üçün Azərbaycan höküməti daha bir addım atdı. Belə ki, qiymətli kağızların 3 il müddətinə vergidən azad olunması ilə bağlı güzəştə yenidən baxan hökumət, hazırda müddətsiz vergidən azadetmə ilə bağlı qərarını açıqladı.
AzVision.az Fins.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov SOCAR istiqrazlarının təqdimat mərasimində belə bir açıqlama ilə çıxış edib.

Onun sözlərinə görə, SOCAR-ın öz gəlirlərini Azərbaycan xalqı ilə bölüşməsinə imkan yaradan bu istiqrazlar həm də ölkədə qiymətli kağızlar bazarının inkişafına yeni təkan verəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti