Palata nöqsanlar aşkarlayıb

Palata nöqsanlar aşkarlayıb
  16 Sentyabr 2016    Oxunub:1502
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının qərarına əsasən sığorta vasitəçiləri və sığortaçıların satış nümayəndələrinin sığorta qanunvericiliyinə riayət etmələrinə dair geniş monitorinq aparılıb.
Şuradan AzVision.az–a verilən məlumata görə, monitorinq zamanı aşkar edilmiş qanun pozuntularına görə 7 sığorta vasitəçisinə təqdimat, 10 sığorta vasitəçisinə isə xəbərdarlıq verilib.

Xəbərdarlığın verilməsinə səbəb monitorinq zamanı aşkar edilmiş icbari sığorta qanunvericiliyinə əməl edilməməsi, lisenziyasız vasitəçilik fəaliyyətinin göstərilməsi, icbari sığorta şəhadətnamələrində məlumatların düzgün əks etdirilməməsi və digər pozuntu faktları olub.

Monitorinq tədbirləri çərçivəsində sığorta vasitəçiləri ilə bağlı yaranan risklərə nəzarətin gücləndirilməsi ilə əlaqədar olaraq Palata tərəfindən sığortaçılara müvafiq tapşırıqlar verilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti